6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial təminat

Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar olub

26-may-2025
Dövlət Sosial Müdafiə Fondunda yeni təyinatlar olub
Yazı Ölçüsü:
Əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Şahin İbrahim oğlu Əliyev Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini təyin olunub.
"PostMedia" bu barədə DSMf-yə istinadən xəbər verir.
O, hazırkı vəzifəsinə qədər Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru olub.
Həmçinin DSMF sədrinin əmrləri ilə Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Ağasən oğlu Məmmədov vəzifəsindən azad edilərək Fondun icraçı direktoru, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktor müavini Fuad Ceyhun oğlu Zaliyev isə vəzifəsindən azad edilərək həmin Filialın direktoru təyin ediliblər.
Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru vəzifəsinə isə Aqşin Yusif oğlu Əlizadə təyin olunub. O, hazırkı vəzifəsinə qədər Nazirliyin tabeliyində DOST Agentliyinin Daxili nəzarət və audit departamentinin müdir müavini işləyib.
Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031