6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Netanyahu: "ABŞ-nin razılığı olmadan İsrail İrana zərbə endirməyəcək"

29-iyul-2026, 12:52
Netanyahu: "ABŞ-nin razılığı olmadan İsrail İrana zərbə endirməyəcək"
Yazı Ölçüsü:
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçirdiyi danışıqlar zamanı bildirib ki, Vaşinqtonun müvafiq razılığı olmadan İsrail öz təşəbbüsü ilə İrana zərbələr endirməyəcək.
"PostMedia" xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Netanyahu Trampla söhbət zamanı vurğulayıb ki, İran İsrailə hücum edəcəyi təqdirdə yəhudi dövləti cavab zərbələri endirmək hüququnu özündə saxlayır. Baş nazir həmçinin ABŞ prezidentinə bildirib ki, İsrail İranla bağlı yeni kəşfiyyat məlumatlarını Vaşinqtona təqdim etməyə davam edəcək.
Bununla yanaşı, Netanyahu qeyd edib ki, İranla qarşıdurmada Vaşinqton Yaxın Şərqdəki ərəb müttəfiqlərinin mövqeyini də nəzərə almalıdır. O, ABŞ prezidentini əmin edib ki, İran məsələsində İsrail Vaşinqtona tam etibar edir və Trampın qəbul edəcəyi istənilən qərarı dəstəkləyəcək.
Netanyahu ilə Trampın görüşü ərəfəsində ABŞ-nin Al-Monitor portalı mənbələrə istinadən yazmışdı ki, İsrailin baş naziri ABŞ prezidentinə İrana qarşı yeni zərbələr endirilməsi planlarını təqdim etməyi nəzərdə tutur. Portalın məlumatına görə, söhbət İranın sənaye obyektlərinə, körpülərinə və dəmir yolu infrastrukturuna mümkün hücumlardan gedirdi.
ABŞ ilə İran arasında növbəti gərginlik dalğası iyulun 8-də başlayıb. Vaşinqton və Tehran arasında memorandum imzalandıqdan sonra ilk dəfə olaraq ABŞ Silahlı Qüvvələri İran ərazisinə bir neçə zərbə endirib. Vaşinqton bunu Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab kimi əsaslandırıb. Həmin gün Donald Tramp İranla əldə olunmuş atəşkəsin dayandırıldığını açıqlayıb.
Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Omanda yerləşən ABŞ hərbi obyektlərinə zərbələr endirməyə başlayıb. İyulun 24-də tərəflər qarşılıqlı hücumları dayandırıblar.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031