6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Netanyahu İranla bağlı yeni kəşfiyyat məlumatlarını Trampa təqdim edəcək

28-iyul-2026, 14:24
Netanyahu İranla bağlı yeni kəşfiyyat məlumatlarını Trampa təqdim edəcək
Yazı Ölçüsü:
İsrailin Baş naziri Benyamin Netanyahu bu gün ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Amerika tərəfinə İranın hərbi potensialını bərpa etdiyini və sürətlə nüvə silahı əldə etməyə çalışdığını göstərən yeni kəşfiyyat məlumatları təqdim etməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu barədə "N12" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Netanyahu Trampı inandırmağa çalışacaq ki, regionda son hadisələr İranın danışıqlarda səmimi olmadığını, Tehranın nüvə proqramını davam etdirdiyini, eyni zamanda raket və pilotsuz uçuş aparatları imkanlarını inkişaf etdirdiyini göstərir. Bildirilir ki, Netanyahu təhlükənin ciddiliyini çatdırmaq istəyir, eyni zamanda ABŞ-ni birbaşa hərbi qarşıdurmaya cəlb etmək və ya müharibəyə təhrik etmək istəyən tərəf kimi görünməməyə çalışacaq.
Bununla yanaşı, "N12" iddia edir ki, son aylarda ABŞ administrasiyasında Netanyahunun açıqlamalarına münasibət dəyişib. Vaşinqtondakı mənbələrin telekanala bildirdiyinə görə, görüş zamanı Amerika tərəfi "Netanyahunun dediyi hər şeyə, təkcə İran məsələsində deyil, ümumilikdə böyük şübhə ilə yanaşacaq".
Mənbələrin sözlərinə görə, Trampın yaxın ətrafında belə bir fikir formalaşıb ki, Netanyahu İranla müharibə ilə bağlı təqdim etdiyi bütün qiymətləndirmələrdə yanılıb.
N12-nin məlumatına görə, son həftələrdə Netanyahunun həm Trampın qərarlarına, həm də ümumilikdə ABŞ administrasiyasına təsiri "əhəmiyyətli dərəcədə azalıb". Telekanal bunu Türkiyəyə "F-35" qırıcılarının satışı ilə bağlı razılaşma, İsrailin az məlumatlı olduğu Səudiyyə Ərəbistanı ilə nüvə energetikası sahəsində imzalanmış saziş və İranla İsrailin demək olar ki, iştirakı olmadan bağlanmış qarşılıqlı anlaşma memorandumu ilə əlaqələndirir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031