6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Peskov: "Ermənistan Aİ-yə üzvlüklə bağlı referendumun tarixini açıqlamayıb"

28-iyul-2026, 14:11
Peskov: "Ermənistan Aİ-yə üzvlüklə bağlı referendumun tarixini açıqlamayıb"
Yazı Ölçüsü:

Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük və ya Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq məsələsi üzrə referendumunun keçirilməsi üçün konkret tarixlər Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aparılan telefon danışığında müzakirə olunmayıb.

"PostMedia" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.

"Xeyr, konkret tarixlər səsləndirilmədi. Lakin belə bir referendumun mümkün qədər tez keçirilməsinin vacibliyi vurğulandı. Bu, çox önəmlidir", – deyə Peskov jurnalistlərin Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumunun vaxtına dair sualını cavablandırarkən bildirib.

Bazar ertəsi Vladimir Putin Ermənistan tərəfinin təşəbbüsü ilə Nikol Paşinyanla telefon danışığı aparıb.

Bundan əvvəl Ermənistan hökumətinin mətbuat xidməti məlumat vermişdi ki, Baş nazir Nikol Paşinyan Putinlə söhbəti zamanı Avropa İttifaqına rəsmi üzvlük müraciəti təqdim edildikdən sonra bu məsələ ilə bağlı referendum keçirilməsini mümkün hesab etdiyini bildirib.


Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031