6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

"Bloomberg": İran və Oman Hörmüz boğazında daha bir marşrutun açılmasını müzakirə edir

28-iyul-2026, 02:24
"Bloomberg": İran və Oman Hörmüz boğazında daha bir marşrutun açılmasını müzakirə edir
Yazı Ölçüsü:
Məsələdən məlumatlı mənbələrin bildirdiyinə görə, İran və Oman nümayəndələri Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı razılığa gəlməyə çalışırlar.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Mənbələrin sözlərinə görə, İran və Oman ötən həftəsonu Tehranda keçirilən görüşdən sonra danışıqları davam etdirirlər.
Bildirilir ki, mümkün razılaşma İslam Respublikası ilə ABŞ arasında müharibənin dayandırılması üzrə danışıqların bərpasına imkan yarada bilər.
Omanlı vasitəçilər nikbindirlər və yaxın günlərdə əldə olunan irəliləyişlə bağlı açıqlama verməyə ümid edirlər. Bununla belə, qeyri-sabit vəziyyət nəzərə alınaraq, bunun baş verəcəyinə zəmanət yoxdur.
Təkliflərdən biri İranın ehtimal ki, minaladığı "orta dəhliz"in açılmasıdır. Böyük Britaniya və Fransanın rəhbərlik edəcəyi minatəmizləmə missiyası yalnız əlverişli şərait yarandıqdan və İran tərəfindən hücum təhlükəsi aradan qalxdıqdan sonra həyata keçirilə bilər.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031