6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Rusiya XİN: KTMT-nin Qarabağ münaqişəsinə müdaxiləsi mümkün deyildi

28-iyul-2026, 00:19
Rusiya XİN: KTMT-nin Qarabağ münaqişəsinə müdaxiləsi mümkün deyildi
Yazı Ölçüsü:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qarabağ münaqişəsində iştirakı mümkün deyildi, çünki həmin ərazini Ermənistanın özü də tanımırdı.
"PostMedia" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Ermənistanla bağlı belə bir vəziyyət yaranmışdı ki, sanki deyirdi: 'Gəlin, KTMT mexanizmini işə salaq'. Amma əslində kimə və nəyə qarşı? Elə bir əraziyə – Qarabağa görə ki, Ermənistanın özü də təəssüf ki, ya xoşbəxtlikdən – bu mənim deyil, Yerevanın qərarıdır – nə onu öz ərazisi, nə də müstəqil dövlət kimi tanıyırdı", – deyə Zaxarova qeyd edib.
O vurğulayıb ki, belə şəraitdə KTMT mexanizminin işə salınması mümkün deyildi.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930