6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

"Mercedes-Benz" təxminən 10 ildən sonra əfsanəvi "G-Class" kabrioletini geri qaytarır

29-iyul-2026, 09:10
"Mercedes-Benz" təxminən 10 ildən sonra əfsanəvi "G-Class" kabrioletini geri qaytarır
Yazı Ölçüsü:
"Mercedes-Benz" "G-Class SUV" modelinin kabriolet versiyasını yenidən istehsala qaytarmağa hazırlaşır.
"PostMedia" xəbər verir ki, bu barədə "Autocar" nəşri məlumat yayıb.
İstehsalı təxminən on il əvvəl dayandırılan model yol sınaqları zamanı yenidən görüntülənib.
Yayımlanan fotolarda avtomobil yumşaq damı açıq vəziyyətdə əks olunub. Parça dam qatlandıqda standart "G-Class" modelində baqaj bölməsinin yerləşdiyi sahəni tutur.
Yeni modelin texniki xüsusiyyətləri hələ açıqlanmayıb. Bununla belə, prototip yan tərəfdən çıxan egzoz boruları ilə təchiz edilib ki, bu da onun AMG versiyası olduğunu göstərir. Standart "Mercedes-AMG G63" modeli 577 at gücü hasil edən 4,0 litrlik iki turbokompressorlu "V8" benzin mühərriki ilə təchiz olunur.
Modelin rəsmi təqdimat tarixi hələ elan edilməyib. Lakin avtomobil artıq yol sınaqlarından keçdiyi və hazırkı nəsil "G-Class" platforması əsasında hazırlandığı üçün onun yaxın aylarda debüt edəcəyi gözlənilir.
Kabrioletin qiymətinin standart modellərlə müqayisədə xeyli yüksək olacağı ehtimal edilir. Hazırda standart "G-Class" modellərinin başlanğıc qiyməti təxminən 175 min dollardır.
"G-Class" modelinin açıq damlı versiyaları avtomobilin ilk istehsal olunduğu gündən mövcuddur. İlk ikiqapılı, qısa təkər bazalı kabriolet 1979-cu ildə təqdim edilib və 2013-cü ilə qədər istehsalda qalıb.
2017-ci ildə isə "Mercedes-Benz" ultra-lüks "Mercedes-Maybach G650 Landaulet" modelini təqdim edib. 621 at gücü hasil edən 6,0 litrlik iki turbokompressorlu "V12" benzin mühərriki ilə təchiz olunan avtomobil "G63 4x4² SUV" modeli əsasında hazırlanmışdı. Onun cəmi 99 nüsxəsi istehsal olunub.
Model ön sərnişin bölməsi üçün sərt dam, arxa sərnişinlər üçün qatlanan yumşaq dam, iki ayrıca arxa oturacaqla təchiz edilmişdi və qiyməti təxminən 810 min dollar idi.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031