6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maraqlı

5 il əvvəl itkin düşən it sahibinə qovuşdu – evindən 1000 kilometr uzaqda tapıldı

28-iyul-2026, 03:14
5 il əvvəl itkin düşən it sahibinə qovuşdu – evindən 1000 kilometr uzaqda tapıldı
Yazı Ölçüsü:
İmmakulada Cekman 2021-ci ildə Nebraska ştatının Linkoln şəhərindəki evindən qaçaraq itkin düşən Çonq adlı itini itirdikdən sonra böyük sarsıntı yaşayıb. Aradan illər keçsə də, ailə onun yoxluğu ilə barışa bilməyib.
"PostMedia" xəbər verir ki, bu barədə Cekman yerli WKRC telekanalına bildirib.
“Yenə də onu axtarmağa davam edirdim. Bu günə qədər köhnə məhəlləmizə gedir, küçələrdə dolaşıb onu axtarırdıq”, –
Beş il sonra ailənin ümidi gerçəyə çevrilib. İmmakuladanın rəfiqəsi ona sosial şəbəkədə paylaşılan bir elanı göndərib. Elanda evlərindən 1000 kilometrdən çox uzaqlıqda, ABŞ-nin İndiana ştatında yük maşınları üçün dayanacaq yaxınlığında tapılan itin Çonqa bənzədiyi qeyd olunurdu.
Qadın dərhal "Hendricks County Animal Shelter" sığınacağı ilə əlaqə saxlayıb. Lakin məlum olub ki, Çonq itkin olduğu illərdə başqa biri tərəfindən çipləndirilib və həmin şəxs rəsmi sahibi kimi qeydiyyata alınıb.
Sığınacaq əməkdaşları prosedura uyğun olaraq əvvəlcə çipdə göstərilən şəxslə əlaqə saxlamağa məcbur olduqlarını bildiriblər. Əgər həmin şəxs üç gün ərzində cavab verməsəydi, it əvvəlki sahibinə qaytarılacaqdı.
“Onlar mənə etiraf etdilər ki, özləri də ürəkdən arzulayırdılar ki, həmin adam zənglərə cavab verməsin”, – İmmakulada xatırlayıb.
Üç günlük gözləmə müddəti başa çatdıqdan sonra çipdə göstərilən şəxs sığınacaqla əlaqə saxlamayıb və Çonq yenidən ilk ailəsinə təhvil verilib.
İmmakulada görüşə Çonq itkin düşəndən sonra sahibləndikləri digər it – Çe-Çe ilə birlikdə gəlib.
Sığınacağın təhlükəsizlik kameraları duyğulu anları qeydə alıb. İlk anda çaşqın görünən Çonq bir neçə saniyə sonra sahibini tanıyaraq onun yanına qaçıb, qucağına sığınıb və sevincindən hürməyə başlayıb.
İmmakulada Cekman deyir ki, bu hekayə itkin düşən ev heyvanlarını axtaran insanlar üçün ümid mesajıdır.
“Heç vaxt ümidinizi itirməyin. Beş il keçdi, amma biz onu yenidən tapdıq”, – deyə o bildirib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031