6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

İraq Türkiyəyə gündə 1 milyon barrelədək neft tədarük etməyə hazır olduğunu açıqlayıb

29-iyul-2026, 01:55
İraq Türkiyəyə gündə 1 milyon barrelədək neft tədarük etməyə hazır olduğunu açıqlayıb
Yazı Ölçüsü:
İraq Türkiyəyə neft tədarükünü gündə 1 milyon barrelədək artıra bilər. Bunu İraqın Baş naziri Əli əl-Zeydi Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi danışıqlardan sonra bildirib.
"PostMedia" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Birgə mətbuat konfransında Ərdoğan qeyd edib ki, İraq tərəfi bu həcmdə neft tədarükü imkanını nəzərdən keçirir. Əl-Zeydi isə bunu təsdiqləyərək bildirib:
"Bəli, doğrudur – 1 milyon."
İraqın Baş naziri qeyd edib ki, onun Türkiyəyə ilk rəsmi səfərinin məqsədi energetika, nəqliyyat, təhsil, su ehtiyatları və "İnkişaf yolu" layihəsi də daxil olmaqla ikitərəfli əməkdaşlığı gücləndirməkdir. Layihə Fars körfəzi ölkələrini İraq ərazisi vasitəsilə dünya bazarları ilə birləşdirəcək iri nəqliyyat dəhlizini nəzərdə tutur.
"Səfərimiz sadəcə protokol tədbiri deyil, əsrlərə söykənən münasibətlərin möhkəmləndirilməsinin göstəricisidir", – deyə əl-Zeydi bildirib.
O, "İnkişaf yolu" layihəsini iki ölkə arasında iqtisadi tərəfdaşlığın simvolu adlandıraraq, onu İraqın əsas çayları olan Dəclə və Fəratı tamamlayacaq "üçüncü çay" kimi xarakterizə edib.
"Coğrafiya bizə iki çay bəxş edib. İndi isə biz üçüncüsünü – iqtisadiyyat çayını istəyirik və bu çay, əlbəttə ki, 'İnkişaf yolu'dur", – deyə İraqın Baş naziri vurğulayıb.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031