6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Aİ Ermənistandan rus biznesinin iştirakını azaltmağı tələb edir - Kəşfiyyat

28-iyul-2026, 14:00
Aİ Ermənistandan rus biznesinin iştirakını azaltmağı tələb edir - Kəşfiyyat
Yazı Ölçüsü:

Avropa İttifaqı artıq Ermənistandan strateji sahələrdə Rusiya biznesinin iştirakını azaltmağı, Rusiya ilə humanitar əlaqələri kəsməyi və buna qarşı çıxan daxili müxalifəti sıxışdırmağı tələb edir.

"PostMedia" xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosu bildirib.

SVR-in məlumatına görə, Brüsseldə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə ölkədə dərin iqtisadi böhranın qaçılmaz olacağını anlayırlar. Bildirilir ki, bir sıra Avropa ölkələri artıq Aİ rəhbərliyinə Ermənistandan idxal ediləcək məhsullar üçün bazarlarını açmağa və öz istehsalçılarına zərər vurmağa hazır olmadıqlarını çatdırıblar.

"Bununla yanaşı, Brüssel bürokratları İrəvanı qeyd-şərtsiz dəstəklədiklərinə inandırmağa davam edəcəklər. Konkret yardımın gecikdirilməsini isə Aİ-yə üzvlüyün tamamilə İrəvandan və onun Avrointeqrasiya yolundakı 'uğurlarından' asılı olması ilə izah etməyi planlaşdırırlar. Xüsusilə, artıq Paşinyan hökumətindən strateji sahələrdə Rusiya biznesinin iştirakını azaltmaq, Rusiya ilə humanitar əlaqələri kəsmək və buna qarşı çıxan daxili müxalifəti sıxışdırmaq tələb olunur", – deyə məlumatda bildirilir.

SVR-in iddiasına görə, bu siyasətin təşviqi Ermənistan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması perspektivləri ilə manipulyasiya etmək və ölkənin gələcəkdə "firavan sülh qovşağına" çevriləcəyi vədləri vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031