6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Almaniyada 450-yə yaxın potensial islamçı terrorçu qeydiyyatdadır

28-iyul-2026, 01:30
Almaniyada 450-yə yaxın potensial islamçı terrorçu qeydiyyatdadır
Yazı Ölçüsü:
Almaniyada təxminən 450 nəfər islamçı "təhlükəli şəxs" kimi qiymətləndirilir. Xüsusi xidmət orqanları onların siyasi motivli ağır cinayətlər, o cümlədən terror aktları törədə biləcəyini istisna etmir.
"PostMedia" "Bid"ə istinadən xəbər verir ki, bu barədə 2025-ci ilin sentyabr ayına olan məlumatlar Bundestaqın materiallarında yer alıb.
Ümumilikdə, Almaniyanın Konstitusiyanı Mühafizə Federal İdarəsi ölkədə zorakılıqla əlaqəli təxminən 9 100 islamçını qeydiyyata alıb. Onlar ya artıq zorakılıq törədiblər, ya buna hazır hesab olunurlar, ya da açıq şəkildə zorakılığı dəstəkləyirlər. Xüsusi xidmət orqanlarının islamçı mühitə aid etdiyi şəxslərin ümumi sayı ötən il 28 645 nəfər olub.
Belə şəxslərin ən çox yaşadığı şəhər Berlindir. Paytaxtda təxminən 2 600 islamçı qeydiyyatdadır ki, onlardan 900-dən çoxu zorakılığa meyilli hesab olunur.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930