N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Oğlanlar xaricə təhsil almağa əsasən ordudan yayınmaq üçün gedirlər - Erməni deputat

19-yanvar-2026
Türkan Nəbi
Oğlanlar xaricə təhsil almağa əsasən ordudan yayınmaq üçün gedirlər - Erməni deputat
Yazı Ölçüsü:

Dünyanın ən yaxşı 50 universitetindən məzun olan və Ermənistanda ən azı 3 il işləyən vətəndaşlar müddətli həqiqi hərbi xidmətdən azad ediləcəklər.

"PostMedia" xəbər verir ki, bu barədə təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan bildirib.

Hakim "Mülki Müqavilə" fraksiyasının deputatı Hayk Sarkisyan bildirib ki, xaricdə təhsil alan tələbələrin neçə faizinin sonradan müddətli həqiqi hərbi xidmət keçmək üçün vətənə qayıtdığını müəyyən etmək məqsədilə müəyyən araşdırmalar aparıb.

"2019-cu ildəki sorğuya nazir cavab vermişdi ki, nazirlik belə bir uçot aparmır. Yəni biz onlara 4 illik möhlət verərək xidmət etməmək imkanı yaradırıq və onların Ermənistana qayıdıb-qayıtmaması ilə bağlı heç bir qeydiyyat aparmırıq", — deyə deputat qeyd edib.

Bundan əlavə, o, 2023-cü ildə də müvafiq sorğu göndərib. Məlum olub ki, Ermənistanda tələbələrin təxminən 57%-i qızlardır. Lakin söhbət xaricdə təhsildən gedəndə statistika kəskin şəkildə digər cinsin xeyrinə dəyişməyə başlayır. Belə ki, 2004-2023-cü illərdə xarici təhsil müəssisələrində 2265 oğlan və 1191 qız təhsil alıb.

"Bundan belə qənaətə gələ bilərik ki, onlar əsasən ordudan yayınmaq üçün gedirlər", — deyə Sarkisyan əlavə edib.

Kateqoriyalar