“PostMedia” xəbər verir ki, bankın 28 səhmdarından 8-i hüquqi şəxs, 20-si isə fiziki şəxsdir.
2024-cü ilin birinci yarısı ilə müqayisədə payları artırılan “Sənaye Tikinti Təmir” ASC-nin payı 8,6%-dən 9,9%-ə, “Fidan Firması”nın payı 7,7%-dən 9,9%-ə, “Turac-AF Firması”nın payı 9,1%-dən 9,7%-ə çatdırılıb.
“Mirvari” MMC-nin payı isə azaldılaraq 8,8%-dən 8,6%-ə salınıb.
Fiziki şəxs səhmdarlardan isə payı 5%-dən yuxarı olan payçılar açıqlanıb ki, onların da sayı 3-dür.
Onlar Musayev Azad Məmməd oğlu (9,9%), Musayev Rəhman Misgər oğlu (9,4%) və Kazımov Kazım Məhərrəm oğludur (8,7%).
Adları açıqlanan 7 səhmdar ümumilikdə payların 66,1%-nə, 21 səhmdar isə 33,9%-nə nəzarət edir.
Qeyd edək ki, “Turan Bank” ASC ləğv prosesində olan “Başak-İnam Sığorta Şirkəti” ASC-də 6,5%-lik paya malikdir.
Bakın nizamnamə kapitalı ötən il 20 000 770 manat və ya 25 % artırılaraq 80 005 244 manatdan 100 006 014 manata çatdırılıb.
Xatırladaq ki, “Turan Bank” 1992-ci ildə yaradılıb.