"Nestle" şirkətinə məxsus NAN uşaq qidalarının Ermənistandakı idxalçıları Qida Təhlükəsizliyi üzrə İnspeksiya Orqanının tələbi ilə məhsulların satış nöqtələrindən təcili geri çağırılmasına və yığışdırılmasına başlayıblar.
Qurumun bildirdiyinə görə, bu addım ehtiyat tədbiri kimi atılıb və hazırda sözügedən məhsulla bağlı xəstəlik hallarının təsdiqlənmiş faktları qeydə alınmayıb.
İnspeksiya Orqanı NAN markalı məhsulların göstərilən partiyalarına aid qablaşdırmaların alınmasını qəti şəkildə tövsiyə etmir. Belə məhsullar ticarət şəbəkəsində aşkar edildiyi halda, vətəndaşlar bu barədə 24/7 fəaliyyət göstərən 118 pulsuz qaynar xətti vasitəsilə İnspeksiya Orqanına məlumat verə bilərlər.
Qeyd edək ki, Nestlé şirkəti dünya üzrə bəzi növ uşaq süd qarışıqlarını potensial olaraq serebrovaskulyar bakteriya toksini ilə çirklənmə riski aşkar edildiyinə görə geri çağırıb. Bu toksin ürəkbulanma, qusma və mədə ağrılarına səbəb ola bilər.