6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

İran XİN: ABŞ ilə danışıqlarda yaxşı irəliləyiş əldə olunub

27-fevral-2026
İran XİN: ABŞ ilə danışıqlarda yaxşı irəliləyiş əldə olunub
Yazı Ölçüsü:
İranın xarici işlər naziri Abbas Araqçi ABŞ ilə aparılan nüvə danışıqlarının üçüncü raundundan sonra müsbət irəliləyişin qeydə alındığını bildirib.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, İran XİN rəhbəri tərəflərin bir sıra əsas məsələlər üzrə “demək olar ki, qarşılıqlı anlaşmaya” nail olduqlarını, baxmayaraq ki, bəzi mövzularda fikir ayrılıqlarının hələ də qaldığını açqıalyıb.
Araqçi qeyd edib ki, texniki qruplar bazar ertəsi Vyanada məsləhətləşmələrə başlayacaq, bundan sonra isə danışıqların dördüncü mərhələsi gələn həftə keçiriləcək. O, həmçinin Oman tərəfinə prosesə verdiyi dəstəyə görə təşəkkür edib.
Nazirin sözlərinə görə, bu mərhələ danışıqların ən ciddi və uzunmüddətli raundlarından biri olub və İran sanksiyaların aradan qaldırılması ilə bağlı tələblərini açıq şəkildə təqdim edib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930