6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qətl

Baydenin həyat yoldaşının ilk əri qətldə ittiham olunurBaydenin həyat yoldaşının ilk əri qətldə ittiham olunur

04-fevral-2026
Baydenin həyat yoldaşının ilk əri qətldə ittiham olunurBaydenin həyat yoldaşının ilk əri qətldə ittiham olunur
Yazı Ölçüsü:

ABŞ-nin sabiq prezidenti Co Baydenin həyat yoldaşı Cill Baydenin ilk əri qətl ittihamı ilə saxlanılıb.

"PostMedia" xəbər verir ki, bu barədə NBC məlumat yayıb.

Məlumata görə, sabiq birinci xanım Cill Baydenin keçmiş əri həbs edilib və hazırkı həyat yoldaşını öldürməkdə ittiham olunur.

77 yaşlı Uilyam Stivenson həbs edilib, girov məbləği isə 500 min dollar müəyyən olunub.

Şübhəli qətlin detalları hələlik açıqlanmayıb. Bildirilir ki, dekabr ayında polis Stivensonların evinə ailədaxili zorakılıqla bağlı çağırış əsasında gəlib. Uilyamın həyat yoldaşı Linda huşsuz vəziyyətdə tapılıb. Ona yardım göstərilməyə çalışılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031