"Qalatasaray" UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda doğma meydanda Liverpool" ilə qarşılaşıb.
"PostMedia" xəbər verir k, İstanbul təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edərək cavab oyunu öncəsi üstünlük qazanıb.
Matç İstanbulda yerləşən "RAMS Park" stadionunda keçirilib. Oyunun taleyini 7-ci dəqiqədə vurulan qol həll edib. Qolu “Qalatasaray”ın yarımmüdafiəçisi Mario Lemina vuraraq komandasına qələbə qazandırıb.
Süni intellekt oyundan əvvəl Monte Karlo simulyasiyası ilə qarşılaşmanı analiz etmişdi. Hesablamalara görə:
“Qalatasaray”ın RAMS Park-da qalib gəlmə ehtimalı 44,38%,
“Liverpul”un qələbə ehtimalı 33,05%,
heç-heçə ehtimalı isə 22,56% göstərilmişdi.
100 min simulyasiya əsasında aparılan yeni analizə görə “Liverpul” – “Qalatasaray” cavab matçında ən mümkün nəticələr bunlardır:
"Liverpul" 2–1 "Qalatasaray" – 9,6% (oyun uzatmaya gedir)
"Liverpul" 1–1 "Qalatasaray" – 9,0% (Qalatasaray mərhələ keçir)
"Liverpul" 2–0 "Qalatasaray" – 8,9% (Liverpul mərhələ keçir)
"Liverpul" 1–0 "Qalatasaray" – 8,4% (oyun uzatmaya gedir)
"Liverpul" 3–1 "Qalatasaray" – 7,0% (Liverpul mərhələ keçir)
"Liverpul" 2–2 "Qalatasaray" – 5,3% (Qalatasaray mərhələ keçir)
Liverpul 0–0 Qalatasaray – 4,5% (Qalatasaray mərhələ keçir)
Liverpul 1–2 Qalatasaray – 4,3% (Qalatasaray mərhələ keçir)
Liverpul 3–2 Qalatasaray – 3,9% (oyun uzatmaya gedir)
Liverpul 3–0 Qalatasaray – 3,7% (Liverpul mərhələ keçir)
Monte Karlo simulyasiyasına görə ümumi ehtimallar belədir:
"Qalatasaray" 90 dəqiqədə mərhələ keçir: 46,1%
"Liverpul" 90 dəqiqədə mərhələ keçir: 31,2%
Matç uzatmaya gedir: 22,7%
İlk oyundakı 1:0-lıq qələbə sayəsində “Qalatasaray” cavab görüşünə psixoloji və statistik üstünlüklə çıxacaq.