6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Azərbaycan Qəzzaya qoşun göndərməyin şərtlərini açıqlayıb – Reuters

07-noyabr-2025, 23:27
Azərbaycan Qəzzaya qoşun göndərməyin şərtlərini açıqlayıb – Reuters
Yazı Ölçüsü:
"Azərbaycan İsrail və HƏMAS arasında hərbi əməliyyatlar tam dayanmayana qədər Qəzzaya sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır".
"PostMedia" xəbər verir ki, bu barədə Azərbaycan hökumətindən "Reuters"ə bildirilib.
“Biz əsgərlərimizi təhlükəyə atmaq istəmirik. Bu, yalnız hərbi əməliyyatlar tam dayandıqdan sonra mümkündür”.
Mənbə əlavə edib ki, belə bir qərar yalnız parlamentin təsdiqi ilə qüvvəyə minə bilər. Parlamentin Təhlükəsizlik Komitəsinin sədri isə hələlik bu məsələ ilə bağlı heç bir qanun layihəsinin təqdim olunmadığını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzzada sülh planı çərçivəsində ABŞ Azərbaycan, İndoneziya, BƏƏ, Misir, Qətər və Türkiyə ilə 20 min nəfərlik Beynəlxalq Sülhməramlı Qüvvələrin (ISF) yaradılması barədə danışıqlar apardığı deyilmişdi.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31