N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Cəmiyyət

Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya edib

27-yanvar-2026
Türkan Nəbi
Gürcüstan Azərbaycan vətəndaşlarını deportasiya edib
Yazı Ölçüsü:
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya Departamentinin əməkdaşları son bir neçə gün ərzində ölkə ərazisində qanunsuz yaşayan 87 xarici ölkə vətəndaşını deportasiya ediblər.
"PostMedia" xəbər verir ki, bu barədə məlumat DİN-in rəsmi saytında dərc olunub.
Deportasiya olunanlar arasında Azərbaycan, Türkiyə, Çin, Hindistan, İran, Türkmənistan, Misir, Nigeriya, Rusiya, Qazaxıstan, İordaniya, Banqladeş, Tailand, İsrail, Livan, Cənubi Afrika, Sudan Suriya vətəndaşları var. Onlar icazə verilən qalma müddətini aşaraq ölkədə qanuni əsas olmadan yaşayıblar.
“Mövcud qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin Gürcüstana girişinə qadağa qoyulub”, – deyə Gürcüstan DİN-in məlumatında qeyd olunur.
Xarici vətəndaşların ölkədən çıxarılması ilə bağlı qərarı həm Gürcüstan DİN-in Miqrasiya Departamenti, həm də məhkəmə qəbul edə bilər.
Deportasiya edilən şəxslərin 2 ildən 5 ilə qədər Gürcüstana girişinə qadağa tətbiq olunur. Ölkəni könüllü şəkildə tərk edən əcnəbilərə isə bu məhdudiyyət şamil edilmir.
Kateqoriyalar