İsveçrənin Rusiyaya qarşı sanksiya siyahısına Azərbaycan vətəndaşları da daxil edilib
13-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
İsveçrə höküməti Rusiyaya qarşı sanksiyalar siyahısını yeniləyib.
"PostMedia" hökumətin mətbuat xidmətinə istinadən xəbər verir ki, bəyanatdakı siyahıya 5 fiziki şəxs, 4 təşkilat və 41 gəmi daxil edilib. Tədbirlər Moskva vaxtı ilə 14 yanvar saat 01:00 qüvvəyə minir.
Bildirilir ki, sanksiya siyahısısı “kölgə donanması” adlandırılan strukturlarla əlaqəli olduğu iddia edilən şəxslər və şirkətlər hesabına genişləndirilib. Söhbət BƏƏ-dən iki şirkətdən — Nova Shipmanagement LLC-FZ və Citrine Marine SPC, eləcə də Vyetnamdan Hung Phat Maritime Trading və Rusiyadan SeverTransBunker Company Limited şirkətlərindən gedir.
Sanksiyalara həmçinin rusiyalı Valeri Kildiyarov, pakistanlı Murtaza Əli Lakxani, eləcə də Azərbaycan vətəndaşları — Anar Mədətli, Tələt Səfərov və Etibar Əyüb də daxil edilib.
Qeyd edək ki, 15 dekabr 2025-ci il tarixində Avropa İttifaqı oxşar məhdudiyyətləri təsdiqləyərək Rusiyaya qarşı sanksiya siyahısına 17 fiziki və 4 hüquqi şəxsi əlavə edib. Aİ sanksiyaları fiziki şəxslər üçün Avropa İttifaqına giriş qadağasını və birliyin ərazisində bütün maliyyə aktivlərinin dondurulmasını, hüquqi şəxslər üçün isə aktivlərin bloklanmasını və Avropa biznesi ilə hər hansı əlaqələrin qadağan edilməsini nəzərdə tutur.
Energetika naziri Ağsuda vətəndaşları qəbul edəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan İrana nota verəcək
05-mart-2026
Rəsmi xəbərlər
Azərbaycan XİN İranın dron hücumlarını pisləyib
05-mart-2026
Hadisə
İran Naxçıvanı vurdu - VİDEO
05-mart-2026
Sosial
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb