6°C Bakı
1$ = 1.70₼
Ekologiya

Göyçə gölünün səviyyəsi ilin əvvəlindən 50 sm yüksəlib

23-iyun-2026
Göyçə gölünün səviyyəsi ilin əvvəlindən 50 sm yüksəlib
Yazı Ölçüsü:

Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzi 2026-cı il iyunun 15–21-i üzrə Göyçə gölünün hidroloji rejimi haqqında məlumat yayıb.

"PostMedia" həmin məlumata istinadən xəbər verir ki, 15–21 iyun tarixləri arasında Göyçə gölünün səviyyəsi 3 sm artaraq 21 iyun 2026-cı il tarixinə 1900,72 metr təşkil edib.

Bu göstərici ötən ilin eyni günündə qeydə alınmış səviyyə ilə eynidir. Eyni zamanda, gölün səviyyəsi 2026-cı il yanvarın 1-i ilə müqayisədə 50 sm yüksəkdir.

Arpa–Göyçə suötürücü sistemi vasitəsilə 15–21 iyun tarixlərində Göyçə gölünə 10,229 milyon kubmetr su ötürülüb.

2026-cı il yanvarın 1-dən iyunun 21-dək olan dövrdə isə gölə ötürülən suyun ümumi həcmi 124,220 milyon kubmetr təşkil edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930