N/A°C Bakı
1$ = 1.70₼
Xarici xəbərlər

Ərdoğan və Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

12-dekabr-2025
Turan Hüseynli
Ərdoğan və Putin Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Yazı Ölçüsü:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Aşqabadda keçirilən “Beynəlxalq Sülh və Etimad Forumu”nda iştirak çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
"PostMedia" xəbər verir ki, görüş zamanı Türkiyə və Rusiya arasında ikitərəfli münasibətlər, həmçinin Rusiya-Ukrayna müharibəsində əhatəli sülhə nail olmaq üçün görülən səylər müzakirə edilib.
Vurğulanıb ki, Türkiyə bu istiqamətdə sülh təşəbbüslərini dəstəkləməyə davam edəcək.
Bundan əlavə, tərəflər Fələstin və Suriyadakı son inkişafları, eləcə də Cənubi Qafqazda sülh prosesini müzakirə ediblər. Həmçinin, digər mövzular, o cümlədən Avropa İttifaqının Rusiya aktivlərini dondurma qərarı da gündəmə gətirilib.
Kateqoriyalar