ABŞ-nin "SpaceX" korporasiyası Yer orbitinə "Sentinel-6B" peykini çıxarıb.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, aparat dünya okeanının səviyyəsində baş verən dəyişiklikləri izləmək üçün nəzərdə tutulub. Buraxılışın görüntüləri ABŞ-nin Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) saytında canlı yayımlanıb.
"Falcon 9" raketi Kaliforniyadakı Vandenberq hərbi-hava bazasından bazar ertəsi, şərqi ABŞ vaxtı ilə saat 00:21-də start götürüb. NASA-nın məlumatına görə, “peyk okean səviyyəsinin 30 illik məlumatlarından istifadə edərək hava proqnozlarını yaxşılaşdıracaq, naviqasiyanın təhlükəsizliyini təmin edəcək və sahilyanı ərazilərin qorunmasına kömək edəcək”.
"Sentinel-6B" NASA və Avropa Kosmik Agentliyi tərəfindən birgə hazırlanıb, qurğunu isə Almaniyada "Airbus Defence and Space" şirkəti yığıb. Qeyd edək ki, 2020-ci ilin noyabrında SpaceX oxşar təyinatlı "Sentinel-6" peykini də orbitə buraxmışdı.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
