6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

XARİCİ XƏBƏRLƏR

Paşinyan Armen Qriqoryanı vəzifəsindən azad edib

13-avqust-2026, 13:44
Paşinyan Armen Qriqoryanı vəzifəsindən azad edib
Yazı Ölçüsü:

Ermənistanın baş naziri Nikol Paşinyan Armen Qriqoryanın Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.

PostMedia” xəbər verir ki, bu barədə Paşinyan avqustun 13-də keçirdiyi brifinqdə danışıb.

Baş nazir bildirib ki, Qriqoryanın dövlət idarəçiliyi sistemindən ayrılmaq qərarına hörmətlə yanaşır. Paşinyanın sözlərinə görə, o, Qriqoryanın dövlət xidmətində qalmasını istəyib və hətta baş nazirin aparatında ona iş təklif edib.

“Armen Qriqoryana baş nazirin aparatında iş təklif etmişəm. Onun özü isə yaxın müddətdə dövlət xidmətində fasilə götürməyə üstünlük verir. Mən bu qərara anlayış və hörmətlə yanaşıram”, - Paşinyan deyib.

O, Qriqoryanla normal işgüzar münasibətlərinin davam etdiyini də vurğulayıb.

Qeyd edək ki, avqustun 13-də Paşinyan iki qərar imzalayıb. Qərarlardan biri ilə Armen Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib, digər qərarla isə bu vəzifəyə parlamentin keçmiş sədri Alen Simonyan təyin olunub.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31