6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Gürcüstan Azərbaycan vətəndaşları da daxil olmaqla 55 əcnəbini deportasiya edib

04-avqust-2026, 12:48
Gürcüstan Azərbaycan vətəndaşları da daxil olmaqla 55 əcnəbini deportasiya edib
Yazı Ölçüsü:

Gürcüstandan 55 əcnəbi, o cümlədən Azərbaycan vətəndaşları deportasiya edilib.

"PostMedia" Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər 55 əcnəbini ölkədən deportasiya edib. Deportasiya olunanlar arasında Rusiya vətəndaşları da var.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, deportasiya edilənlər Azərbaycan, Ermənistan, Misir, Hindistan, İraq, Pakistan, Rusiya, Sudan, Somali, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan və digər ölkələrin vətəndaşlarıdır.

Deportasiya olunan şəxslərin Gürcüstana yenidən girişinə qadağa qoyulub.

Son dövrlər Gürcüstanda qanunsuz miqrantlara qarşı mübarizə gücləndirilib. Parlament miqrasiya qanunvericiliyini sərtləşdirərək deportasiya prosedurlarını, eləcə də miqrantların axtarışı ilə bağlı mexanizmləri sadələşdirib.

Gürcüstan Daxili İşlər Nazirliyi demək olar ki, hər ay onlarla xarici vətəndaşın ölkədən deportasiya edildiyini açıqlayır.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31