6°C Bakı
1$ = 1.70₼
Sosial

Azərbaycan 4,2 milyard dollara 40 ədəd "JF-17C Block III" qırıcısı alır

03-avqust-2026, 11:01
Azərbaycan 4,2 milyard dollara 40 ədəd "JF-17C Block III" qırıcısı alır
Yazı Ölçüsü:

Azərbaycan Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi çərçivəsində 40 ədəd "JF-17C Block III" çoxməqsədli qırıcı təyyarəsinin alınmasına dair 4,2 milyard dollarlıq müqaviləni təsdiqləyib.

"PostMedia" Forbes" jurnalına istinadən xəbər verir ki, bu, ölkə tarixində döyüş təyyarələrinin alınması üzrə ən iri müqavilə hesab olunur.

Qeyd edilir ki, "JF-17C Block III" qırıcıları mövcud "MiQ-29" təyyarələrini mərhələli şəkildə əvəz edəcək. Sözügedən təyyarələr Pakistan və Çin tərəfindən birgə hazırlanıb.

Azərbaycan ilk "JF-172 qırıcısını 2024-cü ilin sentyabrında qəbul edib. Daha sonra sifarişin həcmi 16 təyyarədən 40 təyyarəyə çatdırılıb. Müqavilənin ümumi dəyəri isə 1,6 milyard dollardan 4,2 milyard dollara yüksəlib.

Bundan əlavə, Azərbaycan Çin istehsalı olan HQ-9BE zenit-raket komplekslərini də silahlanmasına daxil edib. Hazırda ölkənin hava hücumundan müdafiə arsenalında "S-300", "Barak" və "HQ-9BE" sistemləri yer alır.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31