6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp Uitkoffa Moskvada Putinlə görüşməyi tapşırıb

25-noyabr-2025, 23:51
Tramp Uitkoffa Moskvada Putinlə görüşməyi tapşırıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiv Uitkoffa tapşırıq verib ki, Moskva şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşsün.

"PostMEdia" bu barədə Rusiya KİV-lərinə istinadən xəbər verir.

Tramp eyni zamanda bildirib ki, ABŞ-ın Müdafiə naziri Den Driskoll Ukrayna tərəfi ilə danışıqlarda iştirak edəcək.

Amerika prezidentinin sözlərinə görə, onun özü Rusiya və Ukrayna liderləri ilə görüşmək üçün hələ vaxtın çatmadığını düşünür.

Tramp qeyd edib ki, gələcəkdə Prezident Vladimir Putin və Prezident Volodimir Zelenski ilə görüşmək istəyir, lakin yalnız müharibənin sona çatması ilə bağlı razılaşma yekunlaşdıqda və ya son mərhələyə daxil olduqda.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31