6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İranın ali lideri “ciddi şəkildə narahat olmalıdır” – Tramp

05-fevral-2026, 07:33
İranın ali lideri “ciddi şəkildə narahat olmalıdır” – Tramp
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Ayətullah Əli Xameneyinin Vaşinqtonla gərginliyin artdığı bir şəraitdə “ciddi şəkildə narahat olmalı olduğunu” bildirib.

“PostMedia” xəbər verir ki, Tramp bunu “NBC News” telekanalına müsahibəsində deyib.

“O, çox narahat olmalıdır. Bəli, narahat olmaq üçün əsas var”.

Trampın sözlərinə görə, İran hazırda ABŞ-nin addımları səbəbindən ağır vəziyyətdədir:

“Biz ora girdik və onların nüvə infrastrukturunu məhv etdik. Əgər onların nüvə silahını məhv etməsəydik, Yaxın Şərqdə sülh olmazdı. Ərəb ölkələri bunu heç vaxt edə bilməzdi. Onlar İrandan çox-çox qorxurdular. İndi isə artıq qorxmurlar”, – deyə ABŞ Prezidenti bildirib.

O əlavə edib ki, İran nüvə proqramını alternativ məkanlarda bərpa etmə imkanını müzakirə edir:

“Onlar ölkənin başqa bir hissəsində yeni obyekt tikməyi müzakirə edirdilər. Biz bundan xəbər tutduq. Mən dedim: əgər bunu etsəniz, sizə zərər verəcəyik”, – Tramp vurğulayıb.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31