6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Siyasət

Litvada nüvə silahının yerləşdirilməsi qadağasının ləğvi ilə bağlı qanun layihəsi parlamentə təqdim edilib

03-iyul-2026, 15:55
Litvada nüvə silahının yerləşdirilməsi qadağasının ləğvi ilə bağlı qanun layihəsi parlamentə təqdim edilib
Yazı Ölçüsü:

Litva Seymində (parlament) ölkə ərazisində nüvə silahının yerləşdirilməsinə qoyulan konstitusion qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb.

"PostMedia" xəbər verir ki, bu barədə parlamentin katibliyi məlumat yayıb.

Bildirilib ki, qanun layihəsinin təşəbbüsü 50 deputat tərəfindən imzalanıb ki, bu da onun parlamentdə qeydiyyata alınması üçün kifayət edib.

Sənədə əsasən, Litva Konstitusiyasının ölkə ərazisində kütləvi qırğın silahlarının, o cümlədən nüvə silahının yerləşdirilməsini qadağan edən 137-ci maddəsinin ləğvi təklif olunur.

Bundan əvvəl Litva Prezidenti Gitanas Nauseda baş nazir, müdafiə naziri, parlament sədri və fraksiya rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. İştirakçılar Konstitusiyadakı qadağanın aradan qaldırılması təşəbbüsünü dəstəkləyiblər.

Konstitusiyaya dəyişiklik edilməsi üçün Seym qanun layihəsini ən azı üç ay fasilə ilə iki dəfə səsverməyə çıxarmalıdır. Dəyişikliklərin qəbul olunması üçün 141 deputatdan azı 94-nün lehinə səs verməsi tələb olunur.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31