6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Mədəni-Niyyət

İsrail əsgərlərinin Livanda dağıtdığı İsa Məsihin heykəlinin yerində yenisi ucaldılıb - FOTO

23-aprel-2026
İsrail əsgərlərinin Livanda dağıtdığı İsa Məsihin heykəlinin yerində yenisi ucaldılıb - FOTO
Yazı Ölçüsü:

Livananda BMT-nin italyan sülhməramlıları İsrail əsgərlərinin dağıtdığı heykəlin yerinə yeni İsa Məsih heykəli quraşdırıblar.

"PostMedia" AFP-yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı İtaliyanın baş naziri Giorgia Meloni bildirib.

Çarmıxa çəkilmiş İsa heykəli Livanın cənubunda, İsraillə sərhəddə yerləşən xristian Debl kəndində yerləşirdi.

Meloni bəyanatında BMT-nin sülhməramlı qüvvələrinin (UNIFIL) italyan kontingentinə “Livanın Debl kəndinə yeni çarmıx heykəli hədiyyə etmək qərarına görə” təşəkkür edib. O qeyd edib ki, yeni heykəlin quraşdırılması “ümid, dialoq və sülhün güclü mesajına” çevrilib.

Ötən həftə İsrail ordusu bəyan etmişdi ki, iki əsgər heykəli dağıtdığına görə 30 günlük hərbi həbs cəzası alacaq və döyüş xidmətindən uzaqlaşdırılacaq. Hadisə yerində olan və insidentin qarşısını almaq və ya bu barədə məlumat vermək üçün heç bir addım atmayan daha altı hərbçi isə izahat vermək üçün çağırılıb.


Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930