6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İnfrastruktur

"Wizz Air" Kutaisidən Venesiyaya birbaşa reys açır

10-oktyabr-2025
"Wizz Air" Kutaisidən Venesiyaya birbaşa reys açır
Yazı Ölçüsü:
Macarıstanın aşağı büdcəli aviaşirkəti olan "Wizz Air" Venesiya-Kutaisi-Venesiya marşrutu üzrə birbaşa uçuşlara başlayır.
"PostMedia" Gürcüstan mediasına istinadən xəbər verir ki, dekabrın 2-dən başlayacaq reyslər həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri uçuşlar həyata keçiriləcək.
Gürcüstan Mülki Aviasiya Agentliyi "Wizz Air"ə yeni marşrut üzrə müntəzəm uçuşlar həyata keçirmək üçün tələb olunan icazəni oktyabrın 7-də verib.
Venesia Kutaisi Beynəlxalq Aeroportunun (David Agmaşenebeli adına) vasitəsilə çatmaq mümkün olan üçüncü İtaliya şəhəri olacaq.
Wizz Air 2012-ci ilin sentyabrından etibarən Gürcüstan bazarında fəaliyyət göstərməyə başlayandan bəri, şirkət Gürcüstan ilə digər ölkələr arasında təxminən 9 milyon sərnişini daşıyıb.
2022-ci ildən etibarən aviaşirkət Gürcüstan aviasiya bazarında liderdir.
Hazırda "Wizz Air" Kutaisidən 13 ölkəyə 23 marşrut üzrə həftəlik 72 uçuş həyata keçirir. 2025-ci ilin doqquz ayı üzrə məlumatlara görə, "Wizz Air" Gürcüstanda 1 075 585 sərnişinə xidmət göstərib və bu göstərici ilə aviaşirkət bazarda liderdir.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031