Beş müntəzəm marşrut xəttinə daha yeni avtobuslar cəlb edilir
30-aprel-2025
Admin
Yazı Ölçüsü:
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxtda fəaliyyət göstərən 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edir.
Bu barədə “PostMedia”ya AYNA-dan məlumat verilib.
Belə ki, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar mayın 1-dən yeni avtobuslarla xətlərin istismarını həyata keçirəcəklər.
Bakı şəhərində yeni marşrut şəbəkəsinin tətbiqi çərçivəsində avtobusları yenilənən marşrutların istiqamətləri aşağıdakılardır:
- 91 nömrəli marşrut: Binəqədi qəsəbəsi (“Bakı Poladtökmə” ASC) – Bakı Beynəlxalq Avtovağzal Kompleksi);