6°C Bakı
1$ = 1.70₼
Hadisə

Rusiya “İskəndər” raketləri ilə türk gəmisinə zərbə endirib – Ukrayna KİV

12-dekabr-2025, 21:23
Rusiya “İskəndər” raketləri ilə türk gəmisinə zərbə endirib – Ukrayna KİV
Yazı Ölçüsü:

Rusiya Odessada Türkiyənin Karasu limanından Rumıniyaya yola düşən "Cenk RoRo" gəmisinə zərbə endirib.

"PostMedia" xəbər veir rki, bu barədə məlumatı UNIAN xəbər agentliyi yayıb.

Gəmi yük avtomobilləri və qoşqular daşıyan Türkiyənin "Cenk Shipping RoRo" bərə şirkətinə məxsusdur. Bir nəfərin yaralanması barədə məlumat yayılıb.

İlkin məlumatlara görə, gəmiyə iki “İskəndər-M” raketi ilə zərbə vurulub.

Diqqətçəkən məqam odur ki, hadisə Türkmənistanda Putinlə Ərdoğanın görüşdüyü gün baş verib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31