6°C Bakı
1$ = 1.70₼
Hadisə

FHN yanğınları söndürməyə 2 helikopter cəlb edib

23-iyul-2025, 10:53
FHN yanğınları söndürməyə 2 helikopter cəlb edib
Yazı Ölçüsü:

Xəbər verildiyi kimi, ötən gün Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən "PostMedia"ya verilən məlumata görə, dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.

Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə FHN-in Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31