6°C Bakı
1$ = 1.70₼
İdman

"Qarabağ" doğma meydanda 2:0 hesabı ilə "Kopenhagen"i məğlub edib - YENİLƏNİB 2

01-oktyabr-2025, 21:38
"Qarabağ" doğma meydanda 2:0 hesabı ilə "Kopenhagen"i məğlub edib - YENİLƏNİB 2
Yazı Ölçüsü:

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun ilk oyunu çərçivəsində Azərbycanın "Qarabağ" futbol klubu Tofiq Bəhrmov adına stadionda Danimarkanın "Kopenhagen" klubunu 2:0 hesabı ilə məğlub edib.

"PostMedia" xəbər verir ki, qolları 28-ci dəqiqədə Abdullah Zubir və 83-cü dəqiqədə Emmanuel Addai vurub.

-------------------------------------------------------------


Oyunun ikinci hissəsində "Qarabağ" hesab arasındakı fərqi 2-yə çatdırıb. Belə ki, 83-cü dəqiqədə Emmanuel Addai vurduğu qolla "Köhlən atlar"ı 2:0 önə çıxarıb.

-----------------------------------------------------------------------------

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun ilk oyunu çərçivəsində Azərbycanın "Qarabağ" futbol klubu Tofiq Bəhrmov adına stadionda Danimarkanın "Kopenhagen" klubunu qəbul edir.

"PostMedia" xəbər verir ki, Bakı vaxtı ilə 20:45-də başlayan oyunun 1-ci hissəsində "Qarabağ" 1:0 öndədir.

Belə ki, oyunun 28-ci dəqiqəsində Abdullah Zubir hələlik yeganə olan qolu vurub. Sonrakı dəqiqələrdə qapılar onündə təhlükəli anlar yaşansa da hesabda fərq dəyişməyib.

Komandalar fasiləyə "Qarabağ"ın 1:0 hesblı üstünlüyü ilə yollanıblar.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31