—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Barselona” “Jirona”ya uduzdu və “Real”dan geri qaldı

17-fevral-2026
Turan Hüseynli
“Barselona” “Jirona”ya uduzdu və “Real”dan geri qaldı
Yazı Ölçüsü:
İspaniya La Liqasının 24-cü turunda çempion “Barselona” səfərdə “Jirona” ilə qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.
"PostMedia" xəbər verir ki, matçın ilk hissəsinə əlavə olunmuş 3-cü dəqiqədə “Barselona”nın və İspaniya millisinin cinah hücumçusu Lamin Yamal 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.
59-cu dəqiqədə kataloniyalıların ispaniyalı müdafiəçisi Pau Kubarsi hesabı açıb. Lakin 62-ci dəqiqədə “Jirona”nın fransalı yarımmüdafiəçisi Toma Lemar bərabərlik qolunu vurub. Meydan sahiblərinin qələbə qolunu isə 87-ci dəqiqədə ispaniyalı yarımmüdafiəçi Fran Beltran vurub.
Bu nəticədən sonra “Barselona” 58 xalla 2-ci pilləyə geriləyib və lider “Real”dan 2 xal geri qalır. “Jirona” isə 29 xalla 12-ci yerdədir.
Kateqoriyalar