6°C Bakı
1$ = 1.70₼
Fərdi

Tbilisidə azərbaycanlı və gürcü döyüşçü arasında gərginlik yaşanıb - FOTOLAR

05-oktyabr-2025
Tbilisidə azərbaycanlı və gürcü döyüşçü arasında gərginlik yaşanıb - FOTOLAR
Yazı Ölçüsü:
Tbilisidə keçirilən "Fighting Championship" turniri çərçivəsində gürcü idmançı Borena Tsertsvadze və azərbaycanlı debütant Xanım Bəşirova arasında qarşılaşma baş tutub.
"PostMedia" xəbər verir ki, döyüşdən öncə təşkil olunan “face-off” mərasimində tərəflər arasında gərginlik yaşanıb.
Hadisə zamanı idmançılar bir-birinə emosional reaksiya göstəriblər, lakin təşkilatçılar və təhlükəsizlik əməkdaşları vəziyyətin böyüməsinin qarşısını alıblar.
Borena Tsertsvadzenin bu anları öz "Facebook" hesabında "Bu nədir"? altyazısı ilə paylaşıb. Kadrlar başqa səhiflərdə də paylaşılıb.
Gərginliyə baxmayaraq, döyüş planlaşdırıldığı kimi baş tutub. Qarşılaşma hakimlərin yekdil qərarı ilə Borena Tsertsvadzenin qələbəsi ilə nəticələnib.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930