6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial təminat

Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərə sosial ödənişlər verilməyəcək

27-avqust-2025
Şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərə sosial ödənişlər verilməyəcək
Yazı Ölçüsü:
Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial ödənişlər almaq istəyən şəxslərə müraciət edib.
"PostMedia" xəbər verir ki, qurum şəxsiyyət vəsiqəsinin müddəti bitən şəxslərə sosial ödənişlər verilməyəcəyini açıqlayıb.
Açıqlamaya görə, Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişləri vətəndaşlara münasibətdə şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır. Buna görə də qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil.
Buna görə də şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır ki, sosial ödənişlərinin davam etdirilməsi mümkün olsun.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031