6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Elm-Təhsil

Dövlət Xidməti bu universitetin tenderini ləğv etdi - Bir kitab 243 manat

30-aprel-2025
Dövlət Xidməti bu universitetin tenderini ləğv etdi  -  Bir kitab 243 manat
Yazı Ölçüsü:

Azərbaycan İqtisad universitetinin (UNEC) kitabların satın alınması ilə bağlı elan etdiyi tender ləğv edilib.

PostMedia” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qərar qəbul edib.

Müsabiqənin ləğv edilməsinə səbəb kimi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması göstərilir.

Qeyd edək ki, UNEC tərəfindən edilən kitabların satın alınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 48 352,99 manat müəyyən edilib. Universitet bu qiymətə 190 adda 199 kitab almağı nəzərdə tutub ki, bir kitabın ortalama qiyməti 242,98 manat edir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930