N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

İslndiyada 104 ilin ən güclü yağıntısı qeydə alınıb

31-oktyabr-2025
Turan Hüseynli
İslndiyada 104 ilin ən güclü yağıntısı qeydə alınıb
Yazı Ölçüsü:

İslandiya son 100 ilin ən güclü qar yağışı ilə üzləşib.

"PostMedia" xəbər verir ki, paytaxt Reykyavikdə qarın qalınlığı 27 santimetrə çataraq şəhərdə həyat demək olar ki, dayandırıb. 1921-ci ildən bəri qeydə alınmış ən intensiv yağıntı ölkəni qışa hazırlıqsız yaxalayıb.

Reykyavik rekord səviyyədə yağan qarla ağ örtük altında qalıb.

Şəhəri əhatə edən intensiv yağış xaosa səbəb olub və rəsmi şəxslər təhlükəsizlik məqsədilə sakinlərə “evdə qalın” çağırışı ediblər. Bələdiyyə və polis qüvvələri yolları açmaq üçün səfərbər olsa da, qar təmizləyən maşınların işini tərk edilmiş avtomobillər çətinləşdirib.

Meteoroloqlar bu qeyri-adi təbii hadisəni ani temperatur enişlərinə və intensiv yağıntıya səbəb olan “soyuq hovuz” hava axını ilə izah edirlər. Adətən oktyabr aylarında yağış və ya qar qarışığı müşahidə edilsə də, rekord səviyyədə bu yağıntı İzlandiya Meteorologiya İnstitutunu sarı və narıncı xəbərdarlıq verməyə məcbur edib. Polis və təhlükəsizlik qüvvələri sürücüləri xəbərdar edərək, yaz təkəri ilə gedən avtomobillərin yola çıxmasının qadağan olunduğunu bildirib.

Ekspertlər bildirirlər ki, bu cür hava anomaliyaları yalnız İzlandiyada baş vermir. Orta Avropanın dağlıq bölgələrində son 10 ildə görülməmiş oxşar hava hadisələri qeydə alınıb və alimlər vurğulayırlar ki, bu nadir vəziyyətlər planetin üzləşdiyi ciddi iqlim dəyişikliklərinin göstəricisidir.

Kateqoriyalar