Yerevan hava limanında “WarGonzo” layihəsinin jurnalisti Dmitri Selezyovun Ermənistana daxil olması rədd edilib.
“PostMedia” xəbər verir ki, bu barədə layihə məlumat yayıb.
“O, ailəsi ilə birlikdə istirahət üçün Ermənistana getmişdi. Detallar dəqiqləşdirilir və bizim müxbir geri uçuşunu və Ermənistan xüsusi xidmət orqanlarının qərarı əsaslandıran sənədləri gözləyir”, – deyə məlumatda bildirilir.
Xatırladaq ki, Dmitri 44 günlük Vətən Müharibəsi vaxtı bir neçə dəfə işğal altında olan Dağlıq Qarabağa və Ermənistana gedib.
“Uzun fasilədən sonra ilk dəfədir ki, tanınmış rus jurnalistinin Ermənistana girişinə məhdudiyyət qoyulur və bu, şübhəsiz ki, Rusiya qarşısında dost olmayan addım kimi qiymətləndirilə bilər”, – bəyanatda qeyd olunur.