6°C Bakı
1$ = 1.70₼
Dünya

"Reuters": İsrail İran hakimiyyətinin devriləcəyinə əmin deyil

11-mart-2026, 23:13
"Reuters": İsrail İran hakimiyyətinin devriləcəyinə əmin deyil
Yazı Ölçüsü:
İsrail rəsmiləri qapalı müzakirələr zamanı etiraf ediblər ki, İranla müharibənin ölkədəki dini hakimiyyətin devrilməsi ilə nəticələnəcəyinə heç bir zəmanət yoxdur.
"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İsrailli yüksək vəzifəli bir rəsminin sözlərinə görə, davam edən bombardmanlara baxmayaraq İran daxilində hələlik kütləvi üsyan əlamətləri müşahidə olunmur.
ABŞ Prezidenti Donald Tramp münaqişənin tezliklə sona çata biləcəyinə dair açıqlamalar versə də, İsrail tərəfi hesab edir ki, Vaşinqton hələ hərbi əməliyyatların dayandırılması barədə qərar verməyə yaxın deyil. Bu barədə agentliyə iki israilli rəsmi məlumat verib.
Məlumata görə, ABŞ və İsrailin intensiv bombardmanları nəticəsində İranın ali rəhbəri Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi komandirlər həlak olub. Hücumlar nəticəsində mülki şəxslər də ölüb, yaşayış evləri və ictimai binalar dağıdılıb ki, bu da iranlıların narazılığını artırıb.
Agentlik yazır ki, Tehran və digər şəhərlərə raket zərbələri, həmçinin hakimiyyətin etiraz aksiyalarına qarşı ölümcül güc tətbiq edə biləcəyi barədə xəbərdarlıqlar səbəbindən potensial etirazçılar müharibə bitənə qədər küçələrə çıxmaqdan çəkinirlər.
Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31