6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Parlament xəbərləri

Rusiyada parlament seçkilərində iştirak üçün 17 partiyaya icazə verilib

17-iyun-2026
Rusiyada parlament seçkilərində iştirak üçün 17 partiyaya icazə verilib
Yazı Ölçüsü:

Rusiyada seçkilərdə iştirak hüququ olan 17 siyasi partiya mövcuddur.

"PostMedia" "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.

“Hazırkı seçki dövrü üzrə 25 partiya rəsmi olaraq qeydiyyatdan keçib. Qərar demək olar ki, bir neçə gün əvvəl qəbul edilib. Onlardan 17-si bu gün etibarilə seçkilərdə iştirak hüququna malikdir. Yəni biz gözləyirik ki, 17 partiya qarşıdan gələn seçkilərdə müəyyən dərəcədə iştirak edəcək”, – deyə Pamfilova MSK iclasında bildirib.

Seçkilər 20 sentyabr tarixinə təyin edilib. 450 deputat seçiləcək: 225 nəfər majoritar dairələrdən, 225 nəfər isə ümumölkə partiya siyahısı üzrə.

Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçiriləcək seçkiləri ölkənin ən vacib daxili siyasi hadisəsi adlandırmışdı.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930