N/A°C Bakı
1$ = 1.70₼
Daxili xəbərlər

Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

16-dekabr-2025
Türkan Nəbi
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi
Yazı Ölçüsü:

Gürcüstan Daxili İşlər Nzirliyinin Miqrasiya Departamenti son günlər keçirilən tədbirlər çərçivəsində Gürcüstandan 43 xarici ölkə vətəndaşını deportasiya edib.

"PostMedia" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Xüsusilə ölkədən Rusiya, Hindistan, İran, Türkiyə, Türkmənistan, Pakistan, Misir, Azərbaycan, Banqladeş, Efiopiya, İordaniya Tacikistan vətəndaşları olmaqla ümumilikdə 43 nəfər çıxarılıb.

Mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərə Gürcüstana giriş qadağası tətbiq edilib.

Qurumun məlumatına görə, cari ildə Gürcüstandan deportasiya olunan şəxslərin ümumi sayı 1 200 nəfər təşkil edib.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti ölkə daxilində qeyri-qanuni miqrasiyaya qarşı mübarizəyə cavabdeh olan qurumdur. Onun səlahiyyətlərindən biri Gürcüstanda hüquqi əsası olmadan olan xarici ölkə vətəndaşlarının aşkar edilməsi və onların ölkədən deportasiya edilməsidir.

1 oktyabr tarixindən “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununa dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklər qeyri-leqal miqrasiyaya qarşı mübarizə mexanizmlərinin və ölkə ərazisində miqrasiya nəzarətinin gücləndirilməsini hədəfləyir.

Dəyişikliklər Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə də şamil olunub. Gürcüstanda qanuni qalma müddətinin pozulmasına görə hüquqi məsuliyyət sərtləşdirilib, inzibati cərimələrin məbləği isə artırılıb.

Kateqoriyalar