6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Mask tarixdə 600 milyard dollarlıq sərvətə sahib olan ilk şəxs olub

16-dekabr-2025, 06:03
Mask tarixdə 600 milyard dollarlıq sərvətə sahib olan ilk şəxs olub
Yazı Ölçüsü:

Amerikalı iş adamı və milyarder İlon Mask dünyanın ilk trilyoneri olmağa doğru daha bir nəhəng addım atıb.

PostMedia” xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.

Məlumata görə, bu ayın əvvəlində “SpaceX” şirkəti tender təklifi elan edib. Həmin təklifə əsasən, şirkətin dəyəri 800 milyard dollar olaraq qiymətləndirilib. Bu isə avqust ayında qeyd olunan 400 milyard dollarlıq dəyərlə müqayisədə iki dəfə çoxdur. Bu barədə şirkətin iki investoru məlumat verib.

“SpaceX”in təxminən 42%-nə sahib olan Maskın sərvəti bununla 168 milyard dollar artaraq təxminən 677 milyard dollara çatıb.

Beləliklə, İlon Mask tarixdə sərvəti 600 milyard dollar və ya daha çox olan ilk insan olub.


Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31