N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ekologiya

Sabah hava buldlu amma yağmursuz olacaq

12-avqust-2025
Turan Hüseynli
Sabah hava buldlu amma yağmursuz olacaq
Yazı Ölçüsü:
Avqustun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
"PostMedia" bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Lakin 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.
Kateqoriyalar