6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qəza

Yaponiyada ayıya çırpılan yük qatarı səbəbindən 40-dan çox qatar reysə çıxmayıb

03-iyul-2026
Yaponiyada ayıya çırpılan yük qatarı səbəbindən 40-dan çox qatar reysə çıxmayıb
Yazı Ölçüsü:

Yaponiyanın şimalındakı Hokkaydo adasında yük qatarının ayıya çırpılması nəticəsində 40-dan çox qatar reysə çıxa bilməyib.

"PostMedia" xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Hadisə Tomakomay liman şəhəri yaxınlığında baş verib. Qəza nəticəsində dayanan yük qatarı dəmir yolu xəttini altı saatdan çox bağlayıb.

Bildirilib ki, dəmir yolu əməkdaşları relslərin üzərində qalan yaralı ayıya yaxınlaşmağa ehtiyat etdikləri üçün hərəkətin bərpası gecikib. Heyvan yalnız təcili çağırılan ovçular tərəfindən ərazidən uzaqlaşdırıldıqdan sonra qatarların hərəkəti bərpa olunub.

Nəticədə təxminən 12 min sərnişin təyinat məntəqəsinə vaxtında çata bilməyib.

Rəsmi statistikaya görə, Yaponiyada 2025-ci maliyyə ilində (31 mart 2026-cı il tarixində başa çatıb) yaşayış məntəqələri və insanlar üçün təhlükə yaradan ərazilərdə ayıların görünməsi ilə bağlı təxminən 58 min hal qeydə alınıb. Bu, 2009-cu ildən bəri aparılan statistika üzrə ən yüksək göstəricidir.

Ötən ilin aprelindən bu ilin may ayınadək ölkədə ayı hücumları nəticəsində 17 nəfər həlak olub, 250-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu da İkinci Dünya müharibəsindən sonrakı dövr üzrə ən yüksək göstərici hesab olunur.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031