N/A°C Bakı
1$ = 1.70₼
Kriminal

Gürcüstanın Azərbaycanla sərhəd rayonunda “Qırmızı siyahı”ya daxil edilmiş boz ayı öldürülüb

10-noyabr-2025
Türkan Nəbi
Gürcüstanın Azərbaycanla sərhəd rayonunda “Qırmızı siyahı”ya daxil edilmiş boz ayı öldürülüb
Yazı Ölçüsü:

Gürcüstanın Azərbaycanla sərhəd rayonu olan Lagodexdəki qoruq ərzisində “Qırmızı siyahı”ya daxil edilmiş boz ayı öldürülüb.

"PostMedia" xəbər verir ki, hüquq mühafizə orqanlarının araşdırması zamanı qanunsuz ovlama faktı aşkar edib.

Faktla bağlı cinayət işi CM-in 301-ci maddəsinin II hissəsi (qanunsuz ov) üzrə başlanıb. Hüquq-mühafizə orqanları qeydiyyatdan keçmiş silahlar və ov ətini müsadirə edib, bunlar cinayət işi üzrə maddi sübut kimi əlavə olunub.

Qeyd olunur ki, Lagodex qoruq əraziləri sərhəd zonalarını əhatə edir və burada reyncerlər və sərhədçilər birlikdə monitorinq aparırlar. Bu, qanunsuz ovla mübarizədə mühüm rol oynayır.

Mövcud qanunvericiliyə əsasən, Qırmızı siyahıya daxil edilmiş heyvanlara ov etmək qadağandır və bəzi hallarda bu, cinayət əməli kimi qiymətləndirilir.

Kateqoriyalar