6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial

Azərbaycanda “Premium” benzin bahalaşıb

26-iyun-2026
Azərbaycanda “Premium” benzin bahalaşıb
Yazı Ölçüsü:

Azərbaycanda “Aİ-95” (“Premium”) markalı benzinin qiyməti 0,05 manat və ya 3% artaraq 1,65 manat olub.

PostMedia” xəbər verir ki, yeni qiymətlər iyunun 24-dən qüvvəyə minib.

Yanacaqdoldurma məntəqələrində (YDM) bunu qiymət artımının idxal xərclərinin yüksəlməsi ilə əlaqələndirirlər.

Xatırladaq ki, Aİ-95 (Premium) markalı benzinin qiyməti Azərbaycanda dövlət tərəfindən (Tarif Şurası) tənzimlənmir. Qiymətlər idxal dəyərinə uyğun olaraq sərbəst bazar şərtlərinə və şirkətlərin qərarlarına əsasən formalaşır.

Hazırda YDM-lərdə 1 litr "Aİ-92" markalı benzinin pərakəndə satış qiyməti 1,15 manatdır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930