6°C Bakı
1$ = 1.70₼
Energetika

Rusiya hökuməti ölkədən dizel yanacağının ixracını tam qadağan etmək istəyir

23-iyun-2026
Rusiya hökuməti ölkədən dizel yanacağının ixracını tam qadağan etmək istəyir
Yazı Ölçüsü:

Rusiya hökuməti ölkədən dizel yanacağının ixracına tam qadağa tətbiq edilməsini nəzərdən keçirir.

"PostMedia" xəbə verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinlə keçirilən müşavirədə Rusiyanın baş nazir müavini Aleksandr Novak bildirib.

Novak Rusiya yanacaq bazarındakı vəziyyəti sadə olmasa da, nəzarət altında olan vəziyyət kimi xarakterizə edib.

Rusiya baş nazirinin müavini bildirib ki, hökumət bazarın yanacaqla təmin olunması üçün zəruri tədbirlər görür.

“Bütün neft emalı zavodlarında güclərin istifadə səviyyəsini maksimum artırmışıq, təmir müddətlərini qısaltmışıq, planlaşdırılmış təmirləri daha gec tarixlərə keçirmişik”, – deyə Novak bildirib.

Rusiya Energetika Nazirliyinin məlumatına görə, rəsmi şəxs tədarük qrafiklərinə ciddi nəzarət edildiyini və müddətlərin daim optimallaşdırıldığını qeyd edib.

Hazırda dizel yanacağının ixracına yalnız birbaşa istehsalçılar üçün icazə verilir.

2026-cı il aprelin 1-dən Rusiyada bazarın bütün iştirakçıları üçün benzinin ixracına qadağa qüvvədədir. Qadağanın müddəti bu ilin 31 iyul tarixinədək müəyyən edilib. Bundan əlavə, 2026-cı ilin iyun ayından hökumət aviasiya kerosininin ixracına qadağa tətbiq edib və bu qadağa 2026-cı il noyabrın 30-dək davam edəcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930